Dörd istiqamət, bir qayda: söz verdiksə, işləyir. Layihələndirmədən 24/7 dəstəyə qədər hamısı bir komandadan.
Sahə təcrübəsi olan mühəndislərimiz tərəfindən proqram təminatının yazılması və işə salınması. Sistem məhdudiyyəti olmadan (Siemens, Allen-Bradley, Delta və s.) bütün növ kontrollerlərin proqramlaşdırılması və modernizasiyası.
Təklif alınZavodunuzun idarəetmə mərkəzi. İstehsalat xətlərini məsafədən izləyin, kritik qəza xəbərdarlıqlarını (alarmları) anında alın və keçmiş datanı analiz edin. Prosesləri kor-koranə deyil, real rəqəmlər və vizual panellərlə tam nəzarətdə saxlayın.
Təklif alınSxemdən sınağa qədər öz emalatxanamızda. Hər panel markalanmış, sənədləşmiş və yük altında yoxlanmış təhvil verilir.
Təklif alınTezlik çeviricisi dayandı — istehsalat dayandı. Diaqnostikanı gətirdiyiniz gün başlayırıq; profilaktik müqavilə ilə heç dayanmır.
Təklif alın